Bank Of Baku

OPEC iki həftədən sonra neft hasilatını azalda bilər

OPEC iki həftədən sonra neft hasilatını azalda bilər
# 01 dekabr 2008 10:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Neft İxracatçıları Ölkələri Təşkilatının (OPEC) noyabrın 29-da Qahirədə (Misir) keçirilən növbədənkənar iclasında neft hasilatının azaldılmasına dair qərar qəbul olunmayıb.
«APA-Economics»in məlumatına görə, iclasın yekunları üzrə OPEC-in prezidenti Şakib Xəlil qeyd edib ki, neft hasilatının azaldılmasına dair qərar Təşkilatın dekabrın 17-də keçirilməsi nəzərdə tutulan iclasında qəbul oluna bilər. Ş.Xəlilin sözlərinə görə, neft ixracatçısı olan ölkələr bazarda təklifin tələbatla balanslaşdırılması üçün əlavə tədbirlər görməyə də hazırdır.
İclas zamanı Səudiyyə Ərəbistanın neft naziri Əli əl-Nəimi 75 dollar/barel qiymət səviyyəsini ədalətli sayır. Həmçinin, nazir dünyada neftə olan gündəlik tələbatın 1,4-1,5 mln. barel azaldığını vurğulayıb. Lakin göründüyü kimi, OPEC neft hasilatını azaltmağa tələsmir. OPEC üzv ölkələr tərəfindən noyabrın 1-dən gündəlik neft hasilatının 1,5 mln. barel azaldılması öhdəliklərinin icrasını daha vacib sayır, çünki buna riayət olunmadığı barədə məlumatlar var. Qeyd edək ki, noyabrın 1-dən Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 466 min barel, İran 199 min barel, BƏƏ 134 min barel, Küveyt 132 min barel, Venesuela 127 min barel, Nigeriya 113 min barel, Anqola 99 min barel, Liviya 89 min barel, Əlcəzair 71 min barel, Qətər 43 min barel, Ekvador 27 min barel həcmində azaltmalıdır.
Eyni zamanda, Qahirə toplantısında iştirakçıların əksəriyyəti dekabrın 17-də gündəlik neft hasilatının daha 1-1,5 mln. barel azaldılması barədə qərarın qəbul olunmasının lehinə çıxıb edib.
Xatırladaq ki, cari ilin iyulunda neftin qiyməti rekord səviyyəyə - 147 dollar/barel çatdığı halda, sonra dünyada iqtisadi böhran nəticəsində neftə tələbat azalıb və qiymət kəskin azalıb – təzminən 55 dollara kimi. Maraqlıdır ki, OPEC-in hasilat kvotalarının azaldılması ilə bağlı son qərarından sonra (noyabrın 1-dən) neft 9,5 dollar və ya 14,8% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR