Bank Of Baku

«Azərbaycan» elektrik stansiyasının daha bir enerji bloklarında əsaslı təmir başa çatıb

«Azərbaycan» elektrik stansiyasının daha bir enerji bloklarında əsaslı təmir başa çatıb
# 01 dekabr 2008 11:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın ən böyük elektrik stansiyalarından olan «Azərbaycan» istilik elektrik stansiyasının (İES) 1, 3 və 7 saylı enerji bloklarında orta təmir, 8 saylı enerji blokunda isə əsaslı təmir işləri başa çatıb. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilən təmir işləri nəticəsində hazırkı vəziyyətlə müqayisədə stansiyanın texniki-iqtisadi göstəriciləri yüksəlib və stansiyada təxminən 240 MVt həddində yük məhdudiyyəti aradan qaldırılıb.
Stansiyada 330 kV-luq açıq paylayıcı quruluşda Abşeron hava xəttində zədələnmə yerinə qədər olan məsafəni təyin edən yeni qurğu quraşdırılaraq işə qoşulub.
Qeyd edək ki, «Azərbaycan» İES hər biri 300 MVt olan 8 enerji blokundan ibarətdir. Daxili imkanlar hesabına 5-ci enerji blokunda yenidənqurma işləri aparıldıqdan sonra bu blokun gücü 330 MVt-dək artıb. Digər 7 blokda isə yenidənqurma işləri aparılır. Blokların tamamilə yenidən qurulması nəticəsində 600 MVt-dan artıq əlavə güc əldə olunacaq.
Xatırladaq ki, «Azərbaycan» İES 1981-ci ildən istismar olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR