Bank Of Baku

Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Ceyhan limanından «Sumato Energy Group Ltd.» şirkəti alıb

Azərbaycanın «Azeri Light» markalı növbəti xam neft partiyasını Ceyhan limanından «Sumato Energy Group Ltd.» şirkəti alıb
# 01 dekabr 2008 11:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2008-ci ilin noyabr ayının 25-də elan etdiyi marketinq sorğusunun qalibini elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, qalib elən olunmuş Yeni Zelandiyanın «Sumato Energy Group Ltd.» şirkəti 2009-cu ilin yanvar ayının 1-5-də Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracını həyata keçirəcək.
Qeyd edək ki, ARDNŞ tərəfindən Ceyhan limanına 2008-ci ilin yanvar-oktyabr ayları ərzində Bakı-Tiflis-Ceyhan boru neft kəməri ilə 17 292 190,3 ton neft ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR