Bank Of Baku

Azərbaycanın daha bir şəhərində elektron elektrik sayğaclarının quraşdırılmasına başlanılıb

Azərbaycanın daha bir şəhərində elektron elektrik sayğaclarının quraşdırılmasına başlanılıb
# 02 dekabr 2008 09:04 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov - APA. Azərbaycanın Şirvan şəhərində 0,4 kV-luq elektrik şəbəkələrinin SİP kabelləri ilə əvəzlənməsi və smart-kart tipli elektron sayğacların quraşdırılmasına başlanılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna «Şirvan Regional Elektrik Təchizat» MMC-nin istismar üzrə rəis müavini Nüsrət Əmikişiyev məlumat verib.
N.Əmikişiyevin sözlərinə görə, artıq bir neçə gündür ki, Sabirabad rayonu və Şirvan şəhəri üzrə abonentlərə smart-kartlı sayğacların quraşdırılmasına başlanıb. Müəssisə nümayəndəsi bu sayğacların elektrik enerjisinin itkisini azaltmaqla yanaşı, kənar müdaxilənin qarşısını tam alınmasına şərait yaradacağını bildirib.
Qeyd edək ki, 2009-cu il ərzində Şirvan şəhəri və Sabirabad rayonu ilə yanaşı, Hacıqabul, Şəmkir və Ağsu rayonlarında elektron sayğacların quraşdırılmasına başlanılacaq. İndiyədək Gəncə və Mingəçevir şəhərlərində kartlı elektron sayğaclar quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR