Bank Of Baku

Azərbaycanın əsas sement istehsalçısı yaxın üç ildə istehsalı 30-50% artıracaq

Azərbaycanın əsas sement istehsalçısı yaxın üç ildə istehsalı 30-50% artıracaq
# 02 dekabr 2008 12:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Qaradağ Sement» ASC 2008-ci ildə sement istehsalını 1,3 mln. tona çatdırmağı planlaşdırır. Bununla müəssisənin Azərbaycanın sement bazarında payı təxminən 35% təşkil edəcək. Bu barədə «APA-Economics»ə «Qaradağ Sement» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Zavodda inşa olunan yeni soba istismara veriləndən sonra müəssisənin illik istehsal gücü 1,7 mln. tona çatacaq. Bu məqsədlə zavoda 300 mln. avro investisiya yatırılacaq. Yeni sobanın 2011-ci ildə işə salınması nəzərdə tutulur. Nəticədə, zavodda klinkerin illik istehsalı 50% artırılaraq 1,2 mln. tona, sement istehsalı isə 30% artırılaraq 1,7 mln. tona qədər artırılacaq.
Müəssisədən bildirilib ki, son vaxtlar KİV-də dünya maliyyə böhranı ilə əlaqədar «Qaradağ Sement»in bağlanacağı barədə yayılan məlumatlar əsassızdır. Belə ki, ötən il müəssisədə 1,35 mln. ton sement istehsal olunub, zavodun illik istehsal gücü isə 1,4 mln. tona bərabərdir.
Qeyd edək ki, «Qaradağ Sement» ASC Azərbaycanda ən iri klinker və sement istehsalçısıdır. Zavod 1999-cu ildə özəlləşdirilib və müəssisənin kapitalının əsas pay sahibi kimi «Holcim Group» (İsveçrə) çıxış edir. Avropa Yenidənqurma və İnkişaf Bankı 2007-ci ildə, Azərbaycan İnvestisiya Şirkəti isə 2008-ci ildə ayır-ayrılıqda «Qarabağ Sement» ASC-nin ümumi kapitalının 10%-lik payını almaqla zavodun səhmdarları sırasına qatılıb. «Qarabağ Sement» ASC-nin 2007-ci ildə bazar payı 42% olub və ötən il il şirkət 1,34 mln. ton sement satıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR