Bank Of Baku

Azərbaycan noyabrda Novorossiysk limanından neft ixracını azaldıb

Azərbaycan noyabrda Novorossiysk limanından neft ixracını azaldıb
# 02 dekabr 2008 14:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2008-ci ilin noyabr ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 82 715 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Şimal istiqaməti ilə (Bakı-Novorossiysk kəməri) ixrac edilmiş xam neftin həcmi oktyabr ayı ilə müqayisədə 1,16% azalıb. Ümumilikdə isə cari ilin yanvar-noyabr aylarında isə şimal istiqamətində 1 114,41 min ton neft ixrac edilib.
Noyabrda dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 52,51 dollara, «Urals» nefti 51,79 dollara, «BTC FOB Ceyhan» tipli xam neftin 1 bareli isə 53,53 dollara satılıb.
Qeyd edək ki, 2007-ci ildə Bakı-Novorossiysk kəməri ilə 2 228 712,3 ton neft yola salınıb. Bunun 1 228 728,8 tonu ARDNŞ-in, 999 983,5 tonu isə ABƏŞ-in payına düşür.
Bakı-Novorossiysk neft kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların nefti ilə qarışır və Novorossiysk limanından «Urals» xam neft markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR