Bank Of Baku

Azərbaycan noyabrda soba mazutunun ixracını 48% artırıb

Azərbaycan noyabrda soba mazutunun ixracını 48% artırıb
# 02 dekabr 2008 14:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2008-ci ilin noyabr ayında 33 114 ton avtomobil benzini, 133 669 ton dizel yanacağı, 15 223 ton təyyarə yanacağı, 85 934 ton soba mazutu ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Oktyabr ayı ilə müqayisədə Azərbaycanın ixrac etdiyi avtomobil benzininin həcmi 2,2%, dizel yanacağının 70,8%, təyyarə yanacağının 53,1% azalıb, soba mazutunun ixracı isə 47,8% artıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ümumilikdə 343 727 ton avtomobil benzini, 1 260 929 ton dizel yanacağı, 204 364 ton təyyarə yanacağı, 526 733 ton soba mazutu ixrac edilib.
Noyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 425,05 dollar, təyyarə yanacağı – 615,14 dollar, dizel yanacağı – 581,21 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 289,11 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR