Bank Of Baku

Azərbaycanla Gürcüstan arasında enerji mübadiləsinə dair danışıqlar bu ay başlanacaq

Azərbaycanla Gürcüstan arasında enerji mübadiləsinə dair danışıqlar bu ay başlanacaq
# 03 dekabr 2008 06:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın ortalarında Azərbaycanla Gürcüstan arasında enerji mübadiləsinə dair müzakirələrin başlanması planlaşdırılır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Danışıqlarda tərəflər 2009-cu ilin qış mövsümündə iki ölkə arasında elektrik enerjisinin mübadiləsi məsələlərini müzakirə edəcəklər. Hazırda tərəflər görüşün vaxtını dəqiqləşdirirlər.
Qeyd edək ki, Gürcüstan elektrik enerjisinə olan tələbatını əsasən su elektrik stansiyaları hesabına ödəyir. Qışda dağ çaylarında su azaldığından Gürcüstan qonşu ölkələrdən, o cümlədən Azərbaycandan elektrik enerjisi idxal edir. Yaz və yay mövsümlərində isə Gürcüstan həmin enerjini geri qaytarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR