Bank Of Baku

Rusiya Azərbaycana Bakı-Novorossiysk kəməri ilə neftin ixracını artırmağı təklif edir

Rusiya Azərbaycana Bakı-Novorossiysk kəməri ilə neftin ixracını artırmağı təklif edir
# 03 dekabr 2008 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, Rəşad Süleymanov – APA-Economics. Rusiyanın «Transneft» şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında Bakı-Novorossiysk boru kəmərinə bütünlükdə Azərbaycan neftinin vurulmasına dair danışıqlar aparılır. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Y.Şedrinin sözlərinə görə, Rusiya kəmərlə nəql olunan Azərbaycan neftinin həcmini 5 mln. tona çatdırmağı təklif edib.
«Bu kəmərin normal işləməsi üçün 5 mln. ton neft lazımdır», - deyən Y.Şedrin hazırda kəmərlə əks istiqamətdə neftin nəqlinə dair hər hansı müzakirələrin aparılmadığını da vurğulayıb.
Qeyd edək ki, 2007-ci ildə Bakı-Novorossiysk kəməri ilə 2 228 712,3 ton neft yola salınıb. Bunun 1 228 728,8 tonu ARDNŞ-in, 999 983,5 tonu isə Azərbaycan Beynəlxalq Əməliyyat Birkətinin (ABƏŞ) payına düşür.
Bakı-Novorossiysk neft kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların nefti ilə qarışır və Novorossiysk limanından (Qara dəniz) «Urals» xam neft markası adı altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR