Bank Of Baku

ARDNŞ prezidenti «Gaz de France-Suez» şirkətinin nümayəndə heyəti ilə görüşüb

ARDNŞ prezidenti «Gaz de France-Suez» şirkətinin nümayəndə heyəti ilə görüşüb
# 03 dekabr 2008 16:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev «Gaz de France-Suez» şirkətinin icraçı vitse-prezidenti Jan-Mari Dojenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, R. Abdullayev «Gaz de France-Suez» şirkətinin də iştirak etdiyi «Yalama» strukturunda qazma işlərinə başlandığını qeyd edib. Jan-Mari Doje isə Azərbaycan qazının Avropaya nəqlinin texniki baxımdan mürəkkəb olduğunu qeyd edərək, bu istiqamətdə də ARDNŞ-ə dəstək verməyə hazır olduqlarını bildirib.

Azərbaycana investisiya qoyuluşları üçün cəlbedici şəraitin mövcud olduğunu diqqətə çatdıran R. Abdullayev ARDNŞ-in də bu istiqamətdə daxil olan bütün təklifləri nəzərdən keçirdiyini vurğulayıb. Şirkət rəhbəri «Gaz de France-Suez» tərəfindən belə təkliflər olarsa, onlara baxılıb qiymətləndiriləcəyini və müvafiq qərar qəbul ediləcəyini söyləyib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR