Bank Of Baku

Dünya bazarında neftin qiyməti 45 dollardan aşağı düşüb

Dünya bazarında neftin qiyməti 45 dollardan aşağı düşüb
# 03 dekabr 2008 16:19 (UTC +04:00)
London-APA. Dünya bazarında neftin bir barelinin qiyməti 45 dollardan aşağı düşüb. APA-nın məlumatına görə, neftin ucuzlaşması OPEK ölkələrinin gündəlik istehsal həcmini azaltmaqdan imtina etməsi ilə izah olunur. London birjasında “Brent” markalı neftin bir bareli 44,87 dollardan satılıb. Bu, 2005-ci ilin fevralından bu günə qədər qeydə alınan ən minimal göstəricidir.

Qeyd edək ki, OPEK ölkələrinin Qahirə sammitində dekabr ayı üçün neft istehsalının həcminin azaltmaq barədə təklif rədd edilib. Bu il OPEK artıq iki dəfə gündəlik kvotanın azaldılmasına qərar versə də, üçüncü dəfə bu addımı atmaqdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR