Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Ümid» yatağının işlənməsinə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti «Ümid» yatağının işlənməsinə başlayıb
# 04 dekabr 2008 07:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Ümid» qaz-kondensat yatağının işlənməsinə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Yataqda quraşdırılan «Ümid-1» platformasının sifarişçisi N.Nərimanov adına NQÇİ, baş podratçısı «Neftqaztikinti» tresti, subpodratçısı isə Bakı Dərin Özüllər Zavodudur. Platformanın layihəsi «Neftqazlayihə» institutu tərəfindən hazırlanıb. Yataqdakı ilk platforma 2009-cu ilin aprelində qazma işlərinin aparılması üçün tam hazır olacaq. Burada 6400 metr dərinliyinə 6 qaz quyusunun qazılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR