Bank Of Baku

Azərbaycan noyabrda elektrik enerjisi istehsalını 13% artırıb

Azərbaycan noyabrda elektrik enerjisi istehsalını 13% artırıb
# 04 dekabr 2008 10:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin noyabr ayında Azərbaycanın enerji sistemində 1,8 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da oktyabr ayı ilə müqayisədə 12,5% çoxdur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,7 mlrd. kVt/saata, su elektrik stansiyalarının (SES) payına isə 0,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi düşüb. Noyabr ayı ərzində Rusiya, İran və Gürcüstanla elektrik enerjisinin mübadiləsi davam etdirilib.
Cari ilin yanvar-noyabr ayları ərzində isə Azərbaycanın enerji sistemində ümumilikdə 19,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bunun 17 mlrd. kVt/saata yaxını İES, 2,1 mlrd.kVt/saata yaxını isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR