Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Türkiyənin dövlət naziri Gürşad Tüzmənlə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Türkiyənin dövlət naziri Gürşad Tüzmənlə görüşüb
# 04 dekabr 2008 14:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan-Türkiyə biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş Türkiyənin dövlət naziri Gürşad Tüzmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
R.Abdullayev iki ölkə arasında əməkdaşlığın dərinləşməsində ARDNŞ-in xüsusi rol oynadığını qeyd edib, ARDNŞ-in Türkiyə şirkətləri ilə tərəfdaşlıq münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Cari ildə Türkiyənin neft-kimya məhsulları bazarının böyük hissəsini əhatə edən «Petkim»in ARDNŞ-in nəzarətinə keçdiyini deyən R.Abdullayev bu günədək adıçəkilən şirkətin inkişafı üçün 2 mlrd. ABŞ dollarından artıq sərmayə qoyulduğunu deyib və Bu yatırımların qarşıdakı illərdə də davam etdiriləcəyini qeyd edib.
ARDNŞ-in Türkiyədəki fəaliyyətinin genişlənməsi üçün ölkə hökumətinin hər cür dəstək verməyə hazır olduğunu söyləyən G.Tüzmən isə ölkəsini təmsil edən şirkətlərlə ARDNŞ arasında əlaqələrin digər sahələri də əhatə etməsində maraqlı olduqlarını bildirib. G.Tüzmən Türkiyə şirkətlərinin neftlə çirklənmiş torpaqların təmizlənməsi, gəmi nəqliyyatı və gəmiqayırma, qaz təminatı kimi sahələrdə əməkdaşlığa diqqət göstərdiklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR