Bank Of Baku

Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq hərbi sənaye sərgisində iştirak edəcək

Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq hərbi sənaye sərgisində iştirak edəcək
# 05 dekabr 2008 07:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan istehsalı olan müdafiə təyinatlı bəzi məhsulların 2009-cu il aprelində İstanbulda (Türkiyə) keçiriləcək İDEF-2009 Beynəlxalq Hərbi Sənaye Sərgisində nümayişi planlaşdırılır. Bu barədə «APA-Economics»ə sərginin təşkilat komitəsindən məlumat verilib.
Türkiyə Müdafiə Nazirliyinin dəstəyi və Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondu tərəfindən iki ildən bir təşkil olunan sərgidə Azərbaycan üçün xüsusi yer ayrılacaq.
Təşkilat komitəsindən bildirilib ki, Azərbaycan sərgidə əsasən optik cihazlar, müdafiə təyinatlı elektron məmulatları və aviasiya texnologiyalarını nümayiş etdirəcək.
Sərgiyə Azərbaycanın digər hərbi qurumlarının nümayəndələri iştirakçı qismində dəvət olunublar.
Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə Müdafiə Sənayesi Müştəşarlığı (MSM) ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında birgə sərgilərin təşkili, Türkiyədə keçiriləcək hərbi-texnoloji sərgilərdə Azərbaycanın müvafiq qurumları və müəssisələrinin iştirakına dair protokol imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR