Bank Of Baku

Ukraynadan Azərbaycana ümumilikdə 60 mln. dollarlıq transformator partiyası gətiriləcək

Ukraynadan Azərbaycana ümumilikdə 60 mln. dollarlıq transformator partiyası gətiriləcək
# 05 dekabr 2008 09:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ukraynanın «Zaporojtransformator» ASC dekabr ayında «Azərenerji» ASC ilə bağlanmış müqavilə çərçivəsində transforomatorların növbəti partiyasının tədarükünü başa çatdıracaq. «APA-Economics»in bildirdiyinə görə, bu barədə səhmdar cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, 21 transformatordan ibarət bu məhsul partiyasının tədarükünə dair müqavilə 2008-in aprelində imzalanıb və dəyəri 12,5 mln. ABŞ dollarıdır. Müəssisə transformatorların Azərbaycana göndərilməsinə cari ilin sentyabr ayından başlayıb.
Qeyd edək ki, «Zaporojtransformator» və «Azərenerji» cari ilin iyun ayında 30 mln. dollar məbləğində 28 transformatorun tədarükünü nəzərdə tutan başqa bir müqavilə də imzalayıb. Transformatorlar Azərbaycanın Şirvan şəhərində inşa olunan «Cənub» elektrik stansiyası üçün nəzərdə tutulur.
Səhmdar cəmiyyəti bundan başqa, Gəncədəki metallurgiya kombinatı üçün ümumi dəyəri 20 mln. dollar olan 8 transformator göndərəcək.
Qeyd edək ki, «Zaporojtransformator» ASC müqavilələrə uyğun olaraq, bu ilin sonuna qədər Azərbaycana 60 mln. dollarlıq məhsul tədarük edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR