Bank Of Baku

Azərbaycanın 1 mln. barel həcmində «Azeri Light» markalı növbəti xam neft partiyasını «Sumato Energy Group» alıb

Azərbaycanın 1 mln. barel həcmində «Azeri Light» markalı növbəti xam neft partiyasını «Sumato Energy Group» alıb
# 05 dekabr 2008 13:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasının ixracına dair son marketinq sorğusunun qalibini elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, qalib elan edilmiş Yeni Zelandiyanın «Sumato Energy Group Ltd.» şirkəti 2009-cu il 10-15 yanvar tarixlərində Ceyhan limanından 1 mln. barel həcmində «Azeri Light» markalı xam neft partiyasını ixrac edəcək.
Qeyd edək ki, ARDNŞ tərəfindən Ceyhan limanına 2008-ci ilin yanvar-oktyabr ayları ərzində Bakı-Tiflis-Ceyhan boru kəməri ilə 17 292 190,3 ton neft ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR