Bank Of Baku

Xəzər Dəniz Neft Donanmasının «General Əliağa Şıxlinski» kran gəmisi inşaat meydançalarına yola düşüb

Xəzər Dəniz Neft Donanmasının «General Əliağa Şıxlinski» kran gəmisi inşaat meydançalarına yola düşüb
# 06 dekabr 2008 08:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasının 600 tonluq «General Əliağa Şıxlinski» kran gəmisi Heydər Əliyev adına Bakı Dərin Özüllər və «Neftqaztikinti» trestinin metal konstruksiyaları zavodlarında inşa edilən vertolyot meydançası və 2 yeni rezervuarı göyərtəsinə alaraq inşaat meydançalarına yola düşüb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, kran gəmisinin ilk yanalma nöqtəsi «Bulla-dəniz» yatağındakı 82 nömrəli stasionar platforma olub ki, həmin platformadan yaxın vaxtlarda 6 400 metr dərinliyə 89 nömrəli kəşfiyyat quyusunun qazılması gözlənilir. Modernləşdirmə işlərinin aparıldığı platformada yeni qazma avadanlığı quraşdırılıb.

Daha sonra kran gəmisi 2 yeni neft rezervuarını «Neft Daşları» NQÇİ-yə nəql edib ki, bu rezervuarlardan hər birinin hündürlüyü 12 metr, diametri 15 metr, saxlama həcmi isə 2 min tondur və rezervuarlar bu ilin iyununda quraşdırılmış əvvəlki 4 rezervuara birləşdiriləcək. Yeni rezervuar parkı «Neft Daşları»nda hasil olunan neftin qəbulu və yüklənməsi məsələlərini həll edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR