Bank Of Baku

«Günəşli» yatağında yüksək debitli quyu istismara verilib

«Günəşli» yatağında yüksək debitli quyu istismara verilib
# 06 dekabr 2008 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Günəşli» yatağında 8 nömrəli platformada yüksək debitli 164 nömrəli quyunu istismara verib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, quyu 2 900 metr dərinlikdən sutkada 150 ton neft və 50 min kubmetr qaz verir. «28 May» NQÇİ-də 1994-cü ildə istifadəyə verilmiş 8 nömrəli platforma 24 neft-qaz quyusu üçün nəzərdə tutulub.

Sonralar Layihə İnstitutu daha iki əlavə quyunun qazılması üçün sənədləşmə işlərini aparıb. Sayca 26-cı olan 164 nömrəli quyu bunlardan sonuncudur və quyuların hamısı 15 il ərzində «Bayıl limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən qazılıb. Hazırda 8 nömrəli platformada gündəlik 4 min ton neft və 2,6 mln. kubmetr qaz hasil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR