Bank Of Baku

Xəzərin Azərbaycan sektorundakı «Günəşli» yatağında daha bir qaz quyusu istismara verilib

Xəzərin Azərbaycan sektorundakı «Günəşli» yatağında daha bir qaz quyusu istismara verilib
# 10 dekabr 2008 06:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Günəşli» yatağında 8 nömrəli platformada yüksək debitli 164 nömrəli quyu istismara verilib. Quyu 2900 metr dərinlikdən sutkada 150 ton neft və 50 min kubmetr qaz verir. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən məlumat verilib.
Qeyd edək ki, «28 May» NQÇİ-də 1994-cü ildə istifadəyə verilmiş 8 nömrəli platforma 24 neft-qaz quyusu üçün nəzərdə tutulub. Sonralar Layihə İnstitutu daha iki əlavə quyunun qazılması üçün sənədləşmə işləri aparıb. Bu, platformada qazılmış sonuncu quyudur. Bütün quyular yüksək debitlə işləyir.
Platformadakı quyular «Bayıl limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən qazılıb. Hazırda 8 nömrəli platformada gündəlik 4 min ton neft və 2,6 mln. kubmetr qaz hasil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR