Bank Of Baku

Azərbaycan noyabrda benzin istehsalını 53% artırıb

Azərbaycan noyabrda benzin istehsalını 53% artırıb
# 10 dekabr 2008 09:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda benzin istehsalı 2007-ci ilin müvafiq dövrünə nisbətən 17,1% artaraq 1 435,64 min tona çatıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
İstehsal edilmiş benzinin 1 183,24 min tonunu avtomobil benzini, 252,24 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib. Avtomobil benzini istehsalı 2007-ci ilin müvafiq dövrünə nisbətən 14,3%, kimya üçün ilkin benzin fraksiyası isə 32,56% artıb.
Cari ilin noyabr ayında isə Azərbaycanın neft emalı müəssisələrində 139,589 min ton benzin, o cümlədən 119,97 min ton avtomobil benzini, 19,62 min ton kimya üçün ilkin benzin fraksiyası istehsal edilib.
Qeyd edək ki, noyabr ayında istehsal edilmiş benzinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 53,3%, o cümlədən avtomobil benzini 53,7%, kimya üçün ilkin benzin fraksiyası 51,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR