Bank Of Baku

Azərbaycan dizel yanacağının istehsalını 15% artırıb

Azərbaycan dizel yanacağının istehsalını 15% artırıb
# 10 dekabr 2008 09:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın neft emalı müəssisələrində 2 198,59 min ton dizel yanacağı, 38,47 min ton kerosin (KO-20), 1 046,57 min ton əmtəəlik soba mazutu istehsal edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Dizel yanacağının həcmi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6%, kerosin 49,5% artıb, əmtəəlik soba mazutunun istehsalı isə 94,3% aşağı düşüb.
Cari ilin noyabr ayında isə 216,14 min ton dizel yanacağı, 6,98 min ton kerosin, 93,39 min ton əmtəəlik soba mazutu istehsal edilib. İstehsal edilmiş dizel yanacağının həcmi 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 49,5% çox, əmtəəlik soba mazutunun istehsalı isə 67,8% azdır.
Qeyd edək ki, ötən ilin noyabr ayında Azərbaycanın neft istehsalı müəssisələrində kerosin istehsal olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR