Bank Of Baku

Azərbaycan və Türkiyə ekspertləri Bakıda hərbi sənaye sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Azərbaycan və Türkiyə ekspertləri Bakıda hərbi sənaye sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər
# 10 dekabr 2008 09:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan və Türkiyə nümayəndə heyətləri iki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bu barədə «APA-Economics»ə Türkiyə Milli Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Müştəşarlığının beynəlxalq əlaqələr şöbəsinin rəisi Lütfi Varoğlu məlumat verib.
Bu məqsədlə dekabrın 21-də Türkiyə nümayəndə heyəti Bakıya gələcək. Səfər çərçivəsində tərəflər hərbi sənaye sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparacaqlar.
«Türkiyə və Azərbaycan digər sahələrdə olduğu kimi, müdafiə sənayesində də əməkdaşlıq edir və bu proses genişlənməkdədir. Bu yaxınlarda nümayəndə heyətlərimiz Pakistanın Karaçi şəhərində keçirilən İDEAS-2008 sərgisində iştirak edib və görüşlərimizdə əməkdaşlığın konkret sahələrinə dair müzakirələr aparılıb», - deyə L.Varoğlu vurğulayıb.
Qeyd edək ki, cari ilin sentyabr ayında Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Müdafiə Sənayesi Müştəşarlığı arasında əməkdaşlıq memorandumu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR