Bank Of Baku

Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında yeni kredit sazişi imzalanıb

Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında yeni kredit sazişi imzalanıb
# 10 dekabr 2008 10:35 (UTC +04:00)
AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, kreditin məbləği 160 mln. ABŞ dolları təşkil edir və 25 il müddətinə ayrılır. Kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək.
İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına hərait yaradacaq. Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyaları cəlb etməyə kömək edəcək.
Qeyd edək ki, layihənin ümumi dəyəri 240 mln. dollar məbləğində qiymətləndirilir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR