Bank Of Baku

«Deutsche Bank»: Gələn il neftin orta qiyməti 47,5 dollar/barel təşkil edəcək

«Deutsche Bank»: Gələn il neftin orta qiyməti 47,5 dollar/barel təşkil edəcək
# 11 dekabr 2008 12:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Gələn il dünya bazarında neftin 1 barelinin orta qiyməti 47,5 ABŞ dolları təşkil edəcək. «APA-Economics»in məlumatına görə, bu barədə dekabrın 10-da Hyustonda (ABŞ) neft və qaz problemləri ilə bağlı keçirilən konfransda «Deutsche Bank»ın energetika üzrə aparıcı iqtisadçısı Adam Simenski bildirib. Almaniyalı ekspert hesab edir ki, neftin qiyməti artıq mümkün aşağı həddə çatıb və bundan sonra artmağa başlayacaq.
A.Simenskinin proqnozlarına görə, 2010-cu ildə neftin orta qiyməti 55 dollar/barel, 2011-ci ildə isə 80 dollar/barel səviyyəsinə çatacaq. Bu proqnoz gələn ilin sonunda başlayacaq dünya iqtisadiyyatının bərpası və bunun nəticəsi kimi neftə olan tələbatın artmasına əsaslanır.
«Deutsche Bank»ın hesablamalarına əsasən, gələn il dünya iqtisadiyyatının artımı sıfıra bərabər olduğu halda, 2010-cu ildə dünya ÜDM-in artımı 2,6% təşkil edəcək və bu prses tendensiya şəkilini alacaq.
A.Simenskinin fikrincə, neftin ucuzlaşması eyni zamanda dünyada iqtisadiyyatının bərpasını tezləşdirə bilər, çünki bu həm istehsalın maya dəyərini endirəcək, həm də əhalinin alıcılıq qabiliyyətini artıracaq. Məsələn, «Deutsche Bank»ın hesablamalarına görə, benzinin qiymətinin 1 sent enməsi dünyada alıcılıq qabiliyyətinin 1 mlrd. dollar artmasını təmin edəcək.
Eyni zamanda qeyd olunur ki, neftin qiymətinin 40 dollar səviyyəsinə düşməsi neft hasilatı üzrə bir sıra iri layihənin reallaşmasını dayandıracaq ki, bu da neft bazarında təklifin azalmasına və nəticə etibarı ilə qiymətin tarazlaşması prosesində öz rolunu oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR