Bank Of Baku

«Palmali» Rusiyada yeni tanker alıb

«Palmali» Rusiyada yeni tanker alıb
# 11 dekabr 2008 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Palmali» Şirktlər Qrupu Rusiyanın «Krasnoye Sormovo» gəmiqayırma zavodunda inşa olunan «RST22 Araz River» tankerini istismara qəbul edib.
«Palmali»dən «APA-Economics»ə verilən məlumata görə, sayca dördüncü olan bu tipli tankerin uzunluğu 139,95 metr, eni 16,6 metr, hündürlüyü 6 metr, dedveydi isə 7 min ton təşkil edir. Neft məhsullarının daşınması üçün nəzərdə tutulan tanker Baltik, Qara və Aralıq dənizlərində üzəcək.
Qeyd edək ki, şirkətə bu tipli ilk tanker cari ilin iyul ayında («Kura River»), ikinci tanker avqustda («Nasiba Zeynalova»), üçüncü tanker isə sentyabr ayında («Bashir Safaroglu») «Palmali»yə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR