Bank Of Baku

ARDNŞ prezidenti: “Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan üçün narahatlıq yaratmır”

ARDNŞ prezidenti: “Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan üçün narahatlıq yaratmır”
# 12 dekabr 2008 09:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycanın dövlət büdcəsi ilə bağlı hər hansı problem yaratmayacaq. APA-nın məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. 2009-cu ilin dövlət büdcəsində neftin 1 barelinin 70 dollardan götürüldüyünü xatırladan R. Abdullayev hazırda neftin qiymətinin 40 dollar ətrafında olmasının narahatlıq yaratmadığını söyləyib: “Biz 70 dolları gələn ilin büdcəsi üçün nəzərdə tutmuşuq. Hazırda neftin qiymətinin bu rəqəmdən aşağı olması o demək deyil ki, gələn il də belə olacaq. Gələn ilə qədər neftin qiymətində dəyişiklik ola bilər. Odur ki, bu bizi narahat etmir”.

Neftin ucuzlaşması prosesinin bir neçə il davam edəcəyi və 25 dollara düşəcəyi barədə proqnozlara münasibət bildirən R. Abdullayev qiymətlərin dəqiq proqnozlaşdırılmasının mümkün olmadığını deyib: “Heç kim dəqiq deyə bilməz ki, neftin qiyməti necə dəyişəcək. Bir müddət əvvəl də neftin qiymətinin 300 dollaradək qalxacağı proqnozlaşdırılırdı. Neftin 25 dollaradək ucuzlaşacağı barədə deyilənlər isə reallığı əks etdirmir. Bizim ekspertlər gələn ilin büdcəsində neftin qiymətini 70 dollar müəyyənləşdiriblər. İndiki reallıqda neftin bir barelinin qiymətinin 70-80 dollar olması normal sayılır. Biz hesab edirik ki, gələn il neftin qiyməti 60-70 dollar ətrafında olacaq. Qiymətin 70 dollardan aşağı olması indiki bazar qiymətləri ilə rentabelli sayılmır. Rentabellilik olmadıqda isə istehsalçılar böyük investisiyalar yatırmaqdan çəkinir, bu isə nəticədə hasilatın azalması ilə nəticələnir”.

Azərbaycanın neft hasilatını azalda biləcəyi ilə bağlı məsələyə gəlincə, ARDNŞ prezidenti bildirib ki, Azərbaycan o qədər də böyük neft hasilatçısı olmadığından bunun qiymətlərə hər hansı təsiri ola bilməz: “Burada söhbət, əsasən, Rusiya və OPEK ölkələrindən gedir. Yaxın günlərdə OPEK-in toplantısı olacaq. Həmin toplantıda müəyyən məsələlərə aydınlıq gələcək. Neftin qiymətinin kəskin düşməsi gələcəkdə dünyada neft çatışmazlığı yarada, bu isə öz növbəsində dünya iqtisadiyyatına baha başa gələ bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR