Bank Of Baku

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın satışı ilə bağlı “Qazprom”la yanaşı, digər şirkətlərlə də danışıqlar aparılır

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın satışı ilə bağlı “Qazprom”la yanaşı, digər şirkətlərlə də danışıqlar aparılır
# 12 dekabr 2008 10:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Biz “Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq qazın satışı ilə bağlı təkcə Rusiyanın “Qazprom” şirkəti ilə deyil, digər şirkətlərlə də danışıqlar aparırıq”. APA-nın məlumatına görə, bu sözləri ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. R. Abdullayev qazı baha qiymətə satmağa çalışdıqlarını söyləsə də, konkret rəqəm açıqlamayıb: “Danışıqlar davam edir. Qiymətlər danışıqların nəticəsindən asılı olaraq müəyyən olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR