Bank Of Baku

2010-cu ilin sonuna Gürcüstanda qaz satışının 85%-ni ARDNŞ həyata keçirəcək

2010-cu ilin sonuna Gürcüstanda qaz satışının 85%-ni ARDNŞ həyata keçirəcək
# 12 dekabr 2008 10:45 (UTC +04:00)
Hazırda həmin Memorandum əsasında kontrakt hazırlanır. Bununla, biz 5 il ərzində Gürcüstanın qazla təchizatını həll edəcəyik”. APA-nın məlumatına görə, bu sözləri ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. Gürcüstan prezidentinin sərəncamı ilə bu ölkənin 29 qaz satışı şəbəkəsinin ARDNŞ-ə verildiyini qeyd edən R. Abdullayev 2010-cu ilin sonuna Gürcüstanda qaz satışının 85%-ni həyata keçirməyi planlaşdırdıqlarını vurğulayıb: “Razılaşmaya əsasən, 2009-cu ildə Azərbaycan Gürcüstana 452 mln. kub/metr qaz ixrac edəcək. Əlavə qaz ixracına ehtiyac yaranacağı təqdirdə, bu, həcmdən asılı olacaq. Ehtiyatlarımız imkan verəcəyi halda, Gürcüstana əlavə qaz ixrac olunacaq. Əlavə qaz Gürcüstana kommersiya şərtləri ilə satılacaq”.

Azərbaycanın hazırda “Şahdəniz” yatağından Türkiyə və Gürcüstana qaz ixrac etdiyini deyən ARDNŞ prezidenti Türkiyənin bu qazın bir hissəsini Yunanıstana satdığını bildirib. R. Abdullayev Azərbaycanın iri Avropa ölkələrinə də qaz satmaq niyyətində olduğunu, tranzit ölkələrlə birgə bununla bağlı işlər görüldüyünü vurğulayıb: “Avropa və digər bazarlara qaz satmaq istiqamətində işlər görülür. Çalışırıq ki, qazı baha qiymətə sataq. Lakin müxtəlif bazarlara satılacaq qazın qiyməti də müxtəlif olacağından konkret rəqəm söyləmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR