Bank Of Baku

Azərbaycanda Qazaxıstan neftinin Bakı-Ceyhan kəməri ilə nəql edilməsi şərtləri müzakirə olunur

Azərbaycanda Qazaxıstan neftinin Bakı-Ceyhan kəməri ilə nəql edilməsi şərtləri müzakirə olunur
# 12 dekabr 2008 10:58 (UTC +04:00)
Bakı – APA-Economics. Qazaxıstanın «Kazmunayqaz» Milli Neft-Qaz Şirkətinin ekspertlərindən ibarət nümayəndə heyəti Bakıya gəlib. Səfərin əsas məqsədi Azərbaycan tərəfi ilə Qazaxıstanda hasil olunan neftin Xəzər dənizi ilə daşınaraq Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinə vurulması və dünya bazarına nəql edilməsi ilə bağlı ixracatçı şirkətlər üçün nəqletmə şərtlərini müzakirə etməkdir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rezidenti Rövnəq Abdullayev bildirib.
Xatırladaq ki, noyabrın 14-də Bakıda ARDNŞ ilə «Kazmunayqaz» arasında Transxəzər layihəsinin reallaşdırılmasının əsas prinsipləri haqqında saziş imzalanıb. Bu sənəd Azərbaycanla Qazaxıstan arasında 2006-cı ilin avqust ayında imzalanmış «Qazaxıstandan neftin Xəzər dənizi və Azərbaycanın ərazisi ilə BTC sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə yardım və dəstək verilməsi üzrə Saziş»in, habelə 2007-ci ildə ARDNŞ və «Kazmunayqaz» arasında imzalanan «Neft-qaz sahəsində strateji əməkdaşlıq üzrə Razılaşma»nın və «Transxəzər layihəsinin birgə reallaşdırması üzrə Memorandum»dan sonra növbəti addım kimi qiymətləndirilir.
Qazaxıstan neftinin BTC ilə nəqli əsasən tanker vasitəsilə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 3 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir ki, Azərbaycan və Qazaxıstan bu vəsaiti kredit vasitəsi ilə cəlb edəcək.
Qeyd edək ki, imzalanmış sənəd Transxəzər layihəsinin birgə reallaşdırılmasının əsas şərt və prinsiplərini, «Kazmunayqaz» və ARDNŞ tərəfindən layihə üzrə birgə şirkətinin yaradılmasını, yaradılan güclərin maliyyələşdirilməsini, tariflərin təyin edilməsini, istifadə şərtlərini və Transxəzər sisteminin mərhələli inkişafını müəyyən edir.
Xatırladaq ki, Transxəzər sisteminin ilkin mərhələdə sutkada 500 min barel (ildə 23 mln. ton), daha sonra isə gücləri artıraraq sutkada 0,75-1,2 mln. barel (ildə 35-56 mln. ton) həcmində neft nəqlini təmin edəcəyi planlaşdırılır. Hazırda BTC kəmərinin illik gücü 50 mln. ton təşkil edir.
Bu il Qazaxıstanda neft hasilatının 70 mln. ton təşkil edəcəyi gözlənilir. Bunun 63 mln. tonu ixrac olunur, 12 mln. ton isə (Rusiya nefti də nəzərə alınmaqla) ölkənin daxili tələbatına sərf olunur. Artıq 2015-ci ildə isə Qazaxıstanda 100 mln. ton neft hasilatı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR