Bank Of Baku

Etibar Pirverdiyev: “2009-cu ildə elektrik enerjisinin qiymətlərində artım gözlənilmir”

Etibar Pirverdiyev: “2009-cu ildə elektrik enerjisinin qiymətlərində artım gözlənilmir”
# 12 dekabr 2008 11:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev verib. Onun sözlərinə görə, 2009-cu il üçün elektrik enerjisinin qiymətlərində heç bir dəyişiklik gözlənilmir və ümumiyyətlə bu barədə heç bir müzakirələr aparılmır. E. Pirverdiyev ölkənin elektrik enerjisi ilə təminatında heç bir problem olmadığını da söyləyib: “Azərenerji”nin paylayıcı şəbəkələri qışa tam hazırdır və bu il ölkənin elektrik enerjisi təminatında hər hansı problem yaşanmayacaq”. Bəzi problemləri istisna hal kimi dəyərləndirən qurum rəhbəri deyib ki, təbii fəlakətlər zamanı yarana biləcək problemlər nəzərə alınmalıdır: “Sonuncu qasırğa zamanı bəzi rayonlarda xırda problemlər olub. Lakin belə hallar tez bir vaxtda aradan qaldırılır”. E. Pirverdiyev 2008-ci ildə Azərbaycanda elektrik enerjisi ödəmələrinin 80 faizə çatdığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR