Bank Of Baku

Hindistanlı zərgərlər Bakıya gəlib

Hindistanlı zərgərlər Bakıya gəlib
# 13 dekabr 2008 08:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Hindistanın Qiymətli Daşlar və Zinət Əşyaları İxracat Təşviqatı Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir. APA-nın məlumatına görə, qonaqlar Azərbaycanın zərgərlik sənayesinin nümayəndələri ilə işgüzar görüş keçiriblər. Hindistan nümayəndə heyətinin rəhbəri Hemant Şah Azərbaycana ikinci dəfə səfər etdiklərini, 2006-cı ildə də Bakıda olduqlarını deyib: “Biz ilk səfərimizdə Bakının zərgərlik bazarını öyrəndik və belə nəticəyə gəldik ki, burada iş görməyə dəyər”. H. Şah bildirib ki, budəfəki səfərin məqsədi ikitərəfli ticarətin inkişafı, birgə müəssisələrin yaradılması, mütəxəssislər yetişdirmək üçün treninqlər keçirilməsidir. Qonaqlar Azərbaycan zərgərlərini gələn il fevralın 20-23-də Hindistanda keçiriləcək sərgiyə dəvət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR