Bank Of Baku

“Goldman Sachs”: Gələn il neftin qiyməti 45 dollar olacaq

“Goldman Sachs”: Gələn il neftin qiyməti 45 dollar olacaq
# 13 dekabr 2008 10:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın “Goldman Sachs” bank holdinqinin tədqiqat bölməsi gələn il üçün neftin 1 barelinin qiyməti ilə bağlı proqnozunu 45 dollara endirib. Halbuki cari ilin ortalarında bu qurum neftin 200 dollaradək bahalaşmasını proqnozlaşdırırdı. “APA-Economics”in məlumatına görə, proqnozun endirilməsinin əsas səbəbi dünya iqtisadi böhran nəticəsində dünyada neftə olan tələbatın azalmasıdır. “Goldman Sachs”ın hesabatında deyilir ki, neftin qiyməti ən aşağı səviyyəsinə gələn ilin əvvəlində çatacaq, sonra tələbatın artması ilə əlaqədar qiymətlər bir qədər yüksələcək. Ümumilikdə “Goldman Sachs” yaxın aylarda neftin tələbatının azalmasını günə 1,7 milyon barel səviyyəsində proqnozlaşdırır ki, bu da gələn ilin birinci rübündə neftin 1 barelinin 30 dollara qədər ucuzlaşmasına səbəb ola bilər. “Goldman Sachs”ın hesablamalarına əsasən görə, neftin qiyməti 70 dollara yalnız 2010-cu ildə çatacaq.

Xatırladaq ki, dekabrın 12-də neftin 1 barelinin qiyməti dünya bazarlarında 46,28 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR