Bank Of Baku

Azərbaycan OPEC-in toplantısına dəvət edilib

Azərbaycan OPEC-in toplantısına dəvət edilib
# 15 dekabr 2008 07:42 (UTC +04:00)
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Əlcəzairin enerji naziri Şəkib Xəlil açıqlayıb. O, digər dəvət olunan ölkələrin Oman və Suriya olduğunu bildirib. Ş. Xəlil neft hasilatını azaltmaq barədə razılığa gəldiklərini də söyləyib.

Qeyd edək ki, bu ilin birinci yarısında qiyməti rekord səviyyəyə - 147 dollara çatan neft iyul ayından bəri ucuzlaşmağa başlayıb və hazırda 1 barel neftin qiyməti 50 dollardan aşağıdır. Bu, OPEK-i hasilatı azaltmağa vadar edib. Xatırladaq ki, dünya neft istehsalının 40%-i OPEC-in payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR