Bank Of Baku

Gələn il “Qazprom”un mavi yanacaq ixracından əldə olunan gəlirləri 20 milyard dollar azalacaq

Gələn il “Qazprom”un mavi yanacaq ixracından əldə olunan gəlirləri 20 milyard dollar azalacaq
# 15 dekabr 2008 08:00 (UTC +04:00)
Moskva-APA. Gələn il “Qazprom” şirkətinin ixracatdan əldə olunan gəlirləri 30 faizdən çox azalacaq. APA-nın məlumatına görə, şirkətin gəlirlərinin 60 faizi ixracat əməliyyatlarının üzərinə düşür. Şirkətin proqnozlarına görə, 2009-cu ildə mavi yanacağın satış qiymətinin hər min kubmetr üçün 280 dollar səviyyəsinə düşməsi ilə əlaqədar ixrac gəlirlərinin həcmi 31,7 faiz azalacaq. 2008-ci ildə “Qazprom”un qaz satışından gəliri 64 milyard dollar həcmində proqnozlaşdırılıb. Bu baxımdan gələn il şirkətin ixracat gəlirinin əz azı 20 milyard dollar azalacağı gözlənilir. Ümumilikdə gələn il “Qazprom”un məcmu gəlirinin azalaraq 111,2 milyard dollara çatacağı güman olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR