Bank Of Baku

Bakıda Beynəlxalq Dəniz Təşkilatının Konvensiyası və Protokolu üzrə regional konfrans keçirilir

Bakıda Beynəlxalq Dəniz Təşkilatının Konvensiyası və Protokolu üzrə regional konfrans keçirilir
# 15 dekabr 2008 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Dənizin tullantılar və digər maddələrin atılması yolu ilə çirkləndirilməsinin qarşısının alınması Konvensiyası (Beynəlxalq Dəniz Təşkilatı, 1972-ci il) və onun Xəzər və Qara dəniz ətrafı ölkələr üçün 1996-cı il Protokolu üzrə regional konfrans işə başlayıb.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qudrət Qurbanov hazırda Azərbaycanın bir sıra dövlət qurumlarının Xəzərin ekoloji təmizlənməsinə dair hazırlanan tədbirlər planını intensiv həyata keçirir və bütün beynəlxalq standartlara əməl olunur: «Hazırda həyata keçirilən tədbirlər planı bu məsələdə mövcud problemlərin aradan qaldırılmasına və ekologiyanın təmizlənməsinə yönəldilib».
Dekabrın 17-dək davam edəcək konfransa Türkiyə, İran, Ukrayna, Gürcüstan, Rusiya, Qazaxıstan, Bolqarıstan və Rumıniya dəniz administrasiyalarının rəsmiləri, habelə xarici neft şirkətlərinin nümayəndələri də iştirak edirlər. Toplantı çərçivəsində dənizin tullantılardan və digər maddələrdən çirklənməsi problemlərinin təsviri, mümkün həll yolları və alternativləri, həmçinin ümumi fəaliyyət müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR