Bank Of Baku

«Azərenerji» ilə CNEEC arasında 3,7 mln. dollarlıq kontrakt imzalanıb

«Azərenerji» ilə CNEEC arasında 3,7 mln. dollarlıq kontrakt imzalanıb
# 15 dekabr 2008 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC-yə məxsus olan yüksək təzyiqli çənlər əsasında işləyən mazut elektrostansiyası üçün idarəetmə və təhlükəsizlik sistemlərinin Azərbaycana gətirilməsinə dair Çinin «GE Energy» şirkəti ilə Çin Milli Elektrik Avadanlığı Korporasiyası (China National Electric Equipment Corporation, CNEEC) arasında 3,7 mln. ABŞ dolları məbləğində müqavilə imzalanıb.
«APA-Economics»in məlumatına görə, yeni idarəetmə sistemi avtomatik rejimdə elektrostansiyada olan bütün iş proseslərinə nəzarət edəcək. Həmin stansiyanın modernləşdirilməsini Çin şirkətləri aparacaq ki, nəticədə mövcud səkkiz «LMZ K-300» buxar qazanlarının çıxış gücü 300 MVt-dan 330 MVt-dək artacaq.
Saziş çərçivəsində «GE Energy» şirkəti Azərbaycana «OC 4000™» avtomatlaşdırılmış idarəetmə, suötürmə, təhlükəsizlik və digər sistemlərini gətirəcək. Həmin sistemlərin quraşdırılması və istifadəyə verilməsi 2010-cu ilin ortalarınadək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR