Bank Of Baku

Azərbaycanın «Günəşli» yatağında daha bir quyu nəql xəttinə qoşulub

Azərbaycanın «Günəşli» yatağında daha bir quyu nəql xəttinə qoşulub
# 16 dekabr 2008 11:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Günəşli» yatağının 11 nömrəli platformasında 78 nömrəli yeni quyu nəql xəttinə qoşulub.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, dərinliyi 3 300 metr olan quyu sutkada 100 min kubmetr qaz və 25 ton kondensat verir. Bu platforma 1986-cı ilin aprelində istismara verilib, 16 hasilat və suvurma quyu üçün layihələndirilib. Hazırda platformadan gündəlik 800 ton neft və 400 min kubmetr qaz əldə edilir. Aparılan geoloji tədqiqatlar nəticəsində platformada hasilatı artırmaq məqsədi ilə proqram hazırlanıb və 2007-ci ildə 8 quyu üçün çəkisi 1 060 ton, hündürlüyü 113 metr olan əlavə blok dənizin 102 metr dərinliyində 11 nömrəli platformaya birləşdirilib, 78 nömrəli quyu bunlardan birincisidir. İkinci quyunun qazılmasına hazırlıq işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR