Bank Of Baku

Azərbaycan Novorossiysk limanından 1,2 mln. barel həcmində REBCO markalı növbəti xam neft partiyasının ixracına dair tender keçirir

Azərbaycan Novorossiysk limanından 1,2 mln. barel həcmində REBCO markalı növbəti xam neft partiyasının ixracına dair tender keçirir
# 16 dekabr 2008 12:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 1,2 mln. barel həcmində REBCO markalı xam neft partiyasının Novorossiysk limanından (Qara dəniz, Rusiya) ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Xam neftin yüklənilməsi iki partiya ilə nəzərdə tutulub. Belə ki, 600 min barel təşkil edən birinci partiya 2009-cu ilin yanvar ayının 15-16-da, ikinci partiya isə yanvarın 27-28-də ixrac ediləcək.
Sorğuya dekabrın 18-də yekun vurulacaq və nəticələr dekabrın 19-da açıqlanacaq.
Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neftin ixracına 1997-ci ildə başlayıb. Bu kəmərlə ARDNŞ-in hasil etdiyi xam neft (Azeri Light) ixrac olunur. Neft bu kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçılarının neftinə qarışır və Novorossiysk limanından Urals (Rusiya xam neft növü) markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR