Bank Of Baku

“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb
# 16 dekabr 2008 16:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bugünkü iclasında “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, sənəd haqqında Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov məlumat verib. O, müvafiq təşkilatların iştirakı ilə artıq iki ildir ki, layihənin hazırlanması ilə bağlı iş aparıldığını bildirib: “Layihənin hazırlanması zərurəti mövcud reallıqdan, neft-qaz sektorunda həyata keçirilən iri layihələrdən irəli gəlib. Ölkədə yüksək infrastruktur yaradılıb və genişmiqyaslı işlər aparılır. Neft sektorunda 12 minə yaxın yüksək ixtisaslı kadrlar, mütəxəssislər hazırlanıb ki, onların da bir qismi dünyanın müxtəlif ölkələrində çalışır”.
V. Ələsgərov deyib ki, bu qanun ölkənin neft strategiyasının əsas məqsədlərindən biri olan neft-qaz sənayesinin inkişafı, ixrac məqsədli neft-qaz fəaliyyəti potensialının artırılması, Azərbaycanın bu sahədə Xəzər dənizi bölgəsində, eləcə də digər regionlarda mühüm rol oynaması üçün dövlət tərəfindən əlverişli iqtisadi və hüquqi mühitin yaradılmasını nəzərdə tutur.

Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul edilib.
İclasda həmçinin, gündəlikdə olan digər məsələlər də müzakirə edilərək qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR