Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Dünya İqtisadi Forumunun idarəedici direktorunu qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Dünya İqtisadi Forumunun idarəedici direktorunu qəbul edib
# 17 dekabr 2008 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Dünya İqtisadi Forumunun idarəedici direktoru və regional əlaqələr üzrə rəhbəri Borj Brendin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə R.Abdullayev qonaqlara Azərbaycanın neft-qaz sənayesində baş verən inkişafdan məlumat verib, onları həyata keçirilən regional layihələrin gedişi ilə tanış edib.
Öz növbəsində B.Brend 2009-cu ilin yanvarında Davosda (İsveçrə) keçiriləcək Dünya İqtisadi Forumunda enerji daşıyıcılarına olan tələbatın güclənməsi şəraitində qarşıda duran vəzifələrin ətraflı müzakirə ediləcəyini qeyd edib. B.Brend həmçinin qeyd edib ki, keçiriləcək Forumda 42 dövlət başçısının iştirakı gözlənilir. Tərəflər arasında bir sıra digər məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR