Bank Of Baku

Saleh Məmmədov: «Cənub» elektrik stansiyasının inşası plan üzrə davam edir» - FOTOSESSİYA

Saleh Məmmədov: «Cənub» elektrik stansiyasının inşası plan üzrə davam edir» - <font color=red>FOTOSESSİYA</font>
# 17 dekabr 2008 07:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Şirvan şəhərində «Cənub» elektrik stansiyasının tikintisi layihəsinin icrası qrafik üzrə davam etdirilir. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin baş mühəndisi Saleh Məmmədov məlumat verib.
S.Məmmədovun sözlərinə görə, artıq tikinti üçün lazım olan avadanlıq və materiallar əraziyə gətirilib. S.Məmmədov tikinti işlərində heç bir gecikmənin olmadığını vurğulayıb.
Yaxın vaxtlarda ABŞ-ın «General Electrik» şirkəti stansiyada istifadə olunacaq qaz turbinlərinin tədarükünə başlayacaq.
Qeyd edək ki, «Cənub» stansiyasının tikintisinə 2007-ci il dekabrın 24-də başlanılıb. Stansiya qaz-buxar turbinləri, qaz kompressoru, inzibati bina, hovuz, avtodayanacaq, park, yanğınsöndürmə məntəqəsi, 110, 220 və 330 kV-luq yardımçı stansiyalar, su təmizləyici qurğu, su, mazut, dizel yanacağı çənləri, mazut emaledici qurğu, yağ boşaltma nasos stansiyası, yüksəldici transformatorlar, sistem transformatoru və idarəetmə binasından ibarət olacaq. Gücü 780 MVt olacaq stansiya 2009-cu ildə istifadəyə veriləcək. Stansiyanın tikintisi «açar təhvili» prinsipi ilə Azərbaycanın «Azenko» şirkəti tərəfindən aparılır. Stansiyadakı qaz turbinləri isə ABŞ istehsalıdır. Layihənin ümumi dəyəri 600 mln. avroya yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR