Bank Of Baku

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə IX hesabatını açıqlayıb

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə IX hesabatını açıqlayıb
# 17 dekabr 2008 07:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya «Moore Stephens» audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə IX hesabatını (2008-ci ilin yanvar-iyun ayları üzrə) açıqlayıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.
Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.
Hesabat audit şirkətinin rəyi ilə birlikdə dekabrın 12-də Memorandum tərəflərinə təqdim olunub. Tərəflərin birgə iclasında həmçinin IX hesabat dövrünün nəticələri müzakirə edilib. İclasda eyni zamanda qiymətləndirmə ilə əlaqədar son proseslərə, qiymətləndiricinin iş qrafikinə dair məlumat verilib və iştirakçılar qiymətləndirmə prosesinə dair forma və sənədlərlə tanış edilib.
Qeyd edək ki, Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması MHŞT üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 115-dən artıq qeyri-hökumət təşkilatının və 15 fiziki şəxsin təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma haqqında Memoranduma əsasən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR