Bank Of Baku

«Azərenerji» dövlət büdcəsinə ödənişləri 50% artırıb

«Azərenerji» dövlət büdcəsinə ödənişləri 50% artırıb
# 17 dekabr 2008 12:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economic. Bu ilin noyabr ayı ərzində «Azerenerji» Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsinə 9,9 mln. manat ödənilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən bildirilib.
Cari ilin noyabr ayında dövlət büdcəsinə ödənilən vəsaitin həcmi ötən ilin analoji ayı ilə müqayisədə 1,6 dəfə artıb. Bu ilin yanvar-noyabr aları ərzində isə «Azərenerji» ASC tərəfindən dövlət büdcəsinə ümumilikdə 104,8 mln. manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR