Bank Of Baku

Azərbaycanın Supsa limanından «Azeri Light» markalı növbəti xam neft partiyasını «Sumato Energy» şirkəti alıb

Azərbaycanın Supsa limanından «Azeri Light» markalı növbəti xam neft partiyasını «Sumato Energy» şirkəti alıb
# 18 dekabr 2008 07:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2009-cu ilin yanvar ayının 21-22-də Supsa limanından (Qara dəniz, Gürcüstan) «Azeri Light» markalı xam neft partiyasının ixracına dair marketinq sorğusunu yekunlaşdırıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, qalib elan edilmiş Yeni Zelandiyanın «Sumato Energy Group Ltd.» şirkəti göstərilən tarixdə Supsa limanından 600 min barel həcmində xam neft partiyasının ixracını həyata keçirəcək.
Qeyd edək ki, Bakı-Supsa kəməri istifadəyə veriləndən, yəni 1999-cu ildən 2005-ci ilin sonunadək bu marşrutla 50 mln. ton, 2006-cı ilin ilk 10 ayı ərzində isə 5,6 mln. ton neft nəql olunub. Həmin vaxtdan sonra kəmər istismar olunmayıb və ilk dəfə bu ilin avqust ayının əvvəlində boru xəttinə 100 min ton neft vurulub.
Diametri 530 mm olan Bakı-Supsa neft kəmərinin uzunluğu 837 km-dir ki, bunun da 443 km-i Azərbaycan ərazisinə düşür. Kəmər 1999-cu ilin aprel ayında istifadəyə verilib. İlkin mərhələdə kəmərin gündəlik buraxılış gücü 117 min barel olub. Sonradan nasos stansiyalarında aparılan modernləşdirmədən sonra buraxılış gücü 145 min barelədək artırılıb ki, bu da ildə 7,5 mln. ton neftin nəqlinə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR