Bank Of Baku

Azərbaycan yanvar-noyabr aylarında sənaye istehsalını 7% artırıb

Azərbaycan yanvar-noyabr aylarında sənaye istehsalını 7% artırıb
# 18 dekabr 2008 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan sənayesində istehsal olunmuş məhsul və göstərilmiş xidmətlərin həcmi 26,7 mlrd. manat təşkil edib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,8% çoxdur.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artım neft sektorunda 6,7%, qeyri-neft sektorunda isə 6,9% olub, o cümlədən neftin hasilatı 5,5%, qazın hasilatı 52,1%, qida məhsullarının istehsalı 0,6%, kimya sənayesi 37,4%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı 32,5%, metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı 27,9%, maşın və avadanlıqların istehsalı 10,1% artıb.
Hesabat dövründə istehsalın 94,2%-i malların, 5,8%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, sənaye məhsulunun 18,3%-i dövlət müəssisələrində, 81,7%-i isə özəl bölmədə istehsal edilərək müvafiq olaraq 5% və 7,2% çoxalıb.
Sənaye məhsulu istehsalının 77,5%-ni həyata keçirən mədənçıxarma bölməsində məhsul buraxılışı və sənaye xidmətlərinin göstərilməsi 6,2%, 18,1%-lik paya malik olan emal bölməsində 8% və elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində 8,8% artıb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, 2009-cu ildə Azərbaycanda qeyri-neft sektorunun artım tempi 6% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR