Bank Of Baku

Türkiyə şirkətləri Azərbaycandan elektron çap lövhələri alacaq

Türkiyə şirkətləri Azərbaycandan elektron çap lövhələri alacaq
# 19 dekabr 2008 07:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin hərbi elektronika istehsalı ilə məşğul olan bir neçə şirkəti Azərbaycanın istehsal etdiyi elektron çap lövhələrini almağa maraq göstərir. Bu barədə «APA-Economics»ə Türkiyə Müdafiə Sənayesi Müştəşarlığından məlumat verilib.
Bu ilin ortalarında Azərbaycanda səfərdə olan Türkiyə şirkətlərinin nümayəndələri bu çap lövhələrinin istehsal edildiyi Müdafiə Sənayesi Nazirliyinin «Peyk» zavodunda olublar. Çap lövhələrinin istehsal prosesi və buradakı texnologiyalarla tanış olan Türkiyə şirkətlərindən bir neçəsi həmin məhsulları almağa maraqlarını ifadə edib.
Adları açıqlanmasa da gələn il bu şirkətlərlə Müdafiə Sənayesi Nazirliyi arasında çap lövhələrinin tədarükünə dair müqavilənin imzalanması planlaşdırılır.
«Peyk» zavodu ayda 20-30 min kv. metr çap lövhəsi istehsal edir. Məhsul istehsalında istifadə olunan xammal əsasən Belçika və Hollandiyadan gətirilir. «Peyk» MDB məkanında bu məhsulun istehsalı ilə məşğul olan ikinci ən böyük müəssisədir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2008-ci ildə bir sıra Avropa ölkələrindən 100 min kv. metr elektron çap lövhəsinin tədarükünə dair sifariş alıb.
Qeyd edək ki, «Peyk» zavodu 1989-cu ildə 8 dövlətin iştirakı ilə yaradılmış konsorsium çərçivəsində Fransanın «Mupindisturial» şirkəti tərəfindən qurulub. Zavodda Türkiyə, İtaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, Böyük Britaniya şirkətlərinin iştirakı ilə müasir texnologiya tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR