Bank Of Baku

Azərbaycanın REBCO markalı növbəti xam neft partiyasını «Vito S.A» şirkəti alıb

Azərbaycanın REBCO markalı növbəti xam neft partiyasını «Vito S.A» şirkəti alıb
# 19 dekabr 2008 09:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin 1,2 mln. barel miqdarında REBCO (Rusiya xam neftinin ixrac qarışığı) markalı xam neft partiyasının Novorossiysk limanından ixracına dair marketinq sorğusu yekunlaşıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğunun nəticələrinə əsasən, qalib elan edilmiş İsveçin «Vito S.A» şirkəti xam neftin yüklənməsini iki partiyada həyata keçirəcək. Belə ki, marketinq sorğusunun şərtlərinə əsasən, 600 min barel həcmində ilk xam neft partiyasını 2009-cu ilin yanvarın 15-16-da, ikinci partiyanı isə yanvarın 27-28-da ixrac edəcək.
Qeyd edək ki, ARDNŞ Bakı-Novorossiysk kəməri ilə neftin ixracına 1997-ci ildə başlayıb. Bu kəmərlə ARDNŞ-in hasil etdiyi xam neft ixrac olunur. Neft bu kəmərlə nəql olunaraq Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçılarının neftinə qarışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR