Bank Of Baku

Son iki ayda Bakı-Ceyhan kəməri ilə 137 min ton Qazaxıstan nefti nəql olunub

Son iki ayda Bakı-Ceyhan kəməri ilə 137 min ton Qazaxıstan nefti nəql olunub
# 19 dekabr 2008 12:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 40,8 mln. ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən dövr ərzində bu kəmər vasitəsilə Bakıdan 30,1 mln. ton və ya 17,5% çox neft ötürülüb.
Cari ilin oktyabr-noyabr aylarında BTC kəməri ilə 136,7 min ton Qazaxıstan nefti ötürülüb. Ümumilikdə, ölkənin magistral neft kəmərləri şəbəkəsi ilə nəql edilmiş neftin həcmi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 12,7% artıb.
Hesabat dövründə ölkənin magistral qaz kəmərləri ilə 10,1 mln. ton və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 72,6% çox qaz nəql edilib. Nəql edilmiş qazın 29,3%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Cari ilin 11 ayı ərzində bu kəmər vasitəsilə 4,3 mlrd. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR