Bank Of Baku

Azərbaycanın əsas poladəritmə müəssisəsi fəaliyyətini tam bərpa edib

Azərbaycanın əsas poladəritmə müəssisəsi fəaliyyətini tam bərpa edib
# 22 dekabr 2008 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkəti fəaliyyətini tam bərpa edib. Bu barədə «APA-Economics»ə şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov məlumat verib.
N.Əhmədovun sözlərinə görə, artıq şirkətin fasiləsiz tökmə sexində aparılan təmir işləri başa çatıb və zavod fəaliyyətini tam bərpa edib: «Şirkətdə fəaliyyət göstərən işçilərin bir qismi təmirlə əlaqədar məzuniyyətə çıxmışdır ki, artıq onların hamısı yenidən iş başındadır».
N.Əhmədov həmçinin qeyd edib ki, xam mal çatışmazlığı səbəbindən müəssisə tam istehsal gücü ilə işləyə bilmir: «Zavodun illik nominal istehsal gücü 350 min tondur. Lakin xam mal çatışmazlığı səbəbindən bu il ərzində isteşsal təxminən 250-280 min ton olacaq. Nominal istehsal gücü 350 min ton olması üçün gündə 1,5-2 min ton xam mal tələb olunur».
N.Əhmədov onu da qeyd edib ki, zavodun alıcı problemləri də var. Bu problem tək «Baku Steel Company» şirkətində deyil, həmçinin Ukrayna və Rusiya kimi ölkələrdə də müşahidə olunur.
Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Hazırda zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR